ISSN 2310-5399 (Print) ISSN 2957-7233 (Online)
Nəşr etikası və sui-istifadə halları haqqında qaydalar

“İncəsənət və mədəniyyət problemləri” Beynəlxalq elmi jurnalı və onun elmi redaktorları nəşr fəaliyyətinin bütün mərhələlərində ədalətli və peşəkar iş icra etməyi öhdəliklərinə götürürlər. Jurnalın nəşrində iştirak edən bütün tərəflərdən (müəlliflər, jurnalın redaktorları, rəyçilər və nəşriyyatçı) gözlənilən etik qaydalara əməl etmələri tələb olunur. Jurnalın etik qaydaları “Nəşr Etikası Komitəsi”nin (COPE) tələblərinə əsasən hazırlanmışdır.

  1. Redaktorların vəzifələri

Əlyazmanın nəşri haqqında qərarların qəbulu

Jurnalın redaktoru jurnalın redaksiyasına daxil olan məqalələrin seçilməsi ilə bağlı məsuliyyət daşıyır. Redaktor jurnalın redaksiya heyətinin siyasətini rəhbər tuta bilər və qanuni tələblərə uyğun olaraq, böhtan, müəlliflik hüququnun pozulması və plagiatlıq kimi halları aşkarlaya bilər. Redaktor bu sahədə qərar verərkən digər redaktor və ya rəyçilərlə məsləhətləşə bilər.

Ədalətlilik

Redaktor müəllifin irqindən, cinsindən, cinsi mənsubiyyətindən, dinindən, etnik mənsubiyyətindən, vətəndaşlığından və siyasi baxışlarından asılı olmayaraq əlyazmaların intellektual məzmununu qiymətləndirir.

Konfidensiallıq

Redaktor və redaksiya heyətinin üzvləri qəbul olunan əlyazma haqqında məlumatı müəlliflər, rəyçilər, digər redaksiya məsləhətçiləri və nəşriyyatçıdan başqa heç kimə açıqlamamalıdır.

Maraqların toqquşması

Məqalələr redaktor və ya redaksiya heyətinin üzvləri tərəfindən müəllifin yazılı razılığı olmadan tədqiqat məqsədləri üçün istifadə oluna bilməz. Redaktorun hər hansı bir müəllif, təşkilat və ya şirkət ilə əməkdaşlıqdan, rəqabətdən və ya digər münasibətlərdən irəli gələn münaqişələri olduqda, həmin redaktor bu məqalələrin qiymətləndirilməsindən imtina edir və bu redaksiya heyətinin digər üzvlərinə həvalə olunur.

  1. Rəyçilərin vəzifələri

Redaksiya qərarlarına dəstək

Rəy prosesi redaktor və redaksiya heyətinə redaksiya qərarlarının qəbul olunmasına dəstək verir, eyni zamanda müəllifə məqalənin təkmilləşdirmək üçün imkan yaradır.

Rəyçilikdən imtina

Seçilmiş hər hansı rəyçi özünü məqaləyə rəy vermək üçün hazır olmadığını və ya tələb olunan müddətdə rəy verməyin mümkün olmadığını hesab edərsə, bu barədə redaktoru məlumatlandırmalı və ya rəyvermə prosesindən imtina etməlidir.

Konfidensiallıq

Rəy üçün qəbul olunmuş hər hansı əlyazma konfidensial sənəd kimi dəyərləndirilməlidir. Onlar redaktor tərəfindən səlahiyyətləndirilmiş şəxslərdən başqa digərləri ilə müzakirə oluna bilməz.

Obyektivlik

Rəy prosesi obyektiv icra edilməlidir. Müəllifin şəxsiyyətini tənqid etmək yolverilməzdir. Rəyçilər öz fikirlərini əsaslandırmalıdırlar.

İstinadlar

Rəyçilər müəlliflər tərəfindən başqalarına aid olan, lakin istinad edilməmiş fikirləri aşkar etməlidirlər. Əvvəlcədən digər müəlliflər tərəfindən nəşr olunmuş tədqiqat nəticələrinə istinad olunmalıdır. Rəyçi əlyazmalar arasında hər hansı oxşarlıq aşkar etdikdə, bu halı redaktorun diqqətinə çatdırılmalıdır.

Maraqların toqquşması

Müəllifin yazılı razılığı olmadan onun nəşr olunmamış materialı rəyçinin öz tədqiqatında istifadə oluna bilməz. Rəy prosesində əldə olunmuş məlumat və ideyaların konfidensiallığı qorunmalı və şəxsi məqsədlər üçün istifadə olunmamalıdır. Rəyçilər hər hansı bir müəllif, təşkilat və ya şirkət ilə əməkdaşlıqdan, rəqabətdən və ya digər münasibətlərdən yaranan münaqişələr mövcud olduqda müvafiq əlyazmalara rəyçilikdən imtina etməlidirlər.

  1. Müəlliflərin vəzifələri

Nəticələrin hesabatı

Orijinal tədqiqatın müəllifləri tədqiqat işi haqqında dəqiq hesabatı, eləcə də, onun aktuallığının obyektiv müzakirəsini təqdim etməlidir. Tədqiqat işində istifadə olunmuş verilənlər dəqiq təsvir olunmalıdır. Məqalə digərlərinə ondan faydalanmaq üçün kifayət qədər detalları və istinadları əhatə etməlidir. Saxtakarlıq və qeyri-dəqiq məlumatlar yolverilməzdir. Rəy və nəşr olunacaq məqalələr dəqiq və obyektiv olmalı, redaksiya heyətinin rəyləri açıq ifadə olunmalıdr.

Əlyetərlik və saxlama

Redaksiya müəlliflərdən tədqiqatda istifadə olunan məlumatların təqdim edilməsini tələb edə bilər və müəyyən vaxt ərzində bu məlumatları saxlamaq üçün müraciət oluna bilər.

Orijinallıq və Plagiatlıq

Müəlliflər orijinal məqalələr təqdim etməli, digər müəlliflərin məqalələrinə müarciət etdikləri halda istinaddan və sitatdan istifadə etməlidirlər.

Təqdim olunan əlyazmada əgər mətn əsl mənbəyə istinad olunmarsa, məqalənin redaksiya heyəti tərəfindən dərc olunmasından imtina edilir. Redaksiya heyəti hər hansı plagiatlıq hadisəsini təhlil edir. Əgər redaksiya heyəti və ya rəyçilər tərəfindən hər hansı mərhələdə plagiatlıq halı aşkar edilərsə, müəllifə (müəlliflərə) mətni yenidən yazması və ya orijinal mənbəyə istinadların edilməsi zərurəti barədə xəbərdarlıq edilir.

Plagiatlıq faizi proqram tərəfindən hesablanır və redaksiya heyəti tərəfindən də hesablanır.

Təkrarçılıq və paralel nəşr

Müəllif eyni tədqiqat işini əhatə edən əlyazmanı birdən çox jurnalda nəşr edə bilməz. Eyni əlyazmanı birdən çox jurnala təqdim etmək qeyri-etik nəşriyyat fəaliyyətidir və qəbuledilməzdir. Ümumiyyətlə, müəllif əvvəllər nəşr olunmuş məqaləni digər jurnallara təqdim edə bilməz.

İstinadlar

Digər müəlliflərin məqalələrinə müraciət edildikdə istinad göstərilməlidir. Müəlliflər tədqiqat işinin mahiyyətini müəyyənləşdirən nəşrlərə istinad etməlidirlər. Üçüncü tərəf ilə müzakirə, əməkdaşlıq zamanı əldə edilmiş məlumat mənbənin açıq razılığı olmadan istifadə oluna bilməz. Əlyazmalara qrant müraciətləri kimi konfidensiallıq tələb edən xidmətlər göstərərkən əldə olunan məlumat müvafiq müəlliflərin yazılı razılığı olmadan istifadə oluna bilməz.

Həmmüəlliflik hüququ

Müəlliflik təqdim edilmiş tədqiqatın konsepsiyasına, dizaynına, yerinə yetirilməsinə və ya şərhinə əhəmiyyətli töhfələr vermiş şəxslərlə məhdudlaşdırılmalıdır. Əhəmiyyətli töhfələr vermiş bütün şəxslər həmmüəllif hesab olunmalıdır. Tədqiqatın hansısa mərhələlərində iştirak etmiş digər şəxslər öz razılıqları olmaqla həmmüəllif kimi qeyd olunmalıdır. Müəllif məqalənin son variantının bütün həmmüəlliflər tərəfindən baxılmasına, təsdiq olunmasına və nəşr üçün təqdim olunmasına birbaşa məsuliyyət daşıyır.

Maraqların toqquşması

Bütün müəlliflər öz əlyazmalarında maraqların toqquşmasına səbəb ola biləcək məsələləri (əlyazmanın şərhinə və ya tədqiqat nəticələrinə təsir edə biləcək maliyyə və s.), qeyd etməlidirlər. Elmi tədqiqat layihəsinin yerinə yetirilməsinə dəstək verən bütün maliyyə mənbələri dəqiq qeyd olunmalıdır. Açıqlanması zəruri olan potensial münaqişə səbəblərinə bəzi nümunələrə iş yerinin maraqları, məsləhətçi təşkilatların maraqları, mülkiyyət məsələləri, qonorarlar, ödənilmiş ekspert şahidliyi, patent müraciətləri və qeydiyyatları, qrantlar və digər maliyyə məsələləri daxildir. Maraqların toqquşmasına səbəb ola biləcək məsələlər nəşr prosesinin ilkin mərhələlərində açıqlanmalıdır.

Nəşr olunmuş məqalələrdə başlıca səhvlər

Çap olunmuş məqaləsində mühüm səhv və ya qeyri-dəqiqlik aşkar etdikdə, redaktor və ya nəşriyyatçını bu barədə təcili məlumatlandırmaq və ya redaktor ilə səhvi düzəltmək ya da məqaləni geri qaytarmaq üçün əlaqə saxlamaq müəllifin vəzifəsidir. Əgər redaktor və ya nəşriyyatçı məqalədə hər hansı mühüm səhvin olduğunu üçüncü tərəfdən öyrənərsə, məqaləni geri çəkmək, düzəltmək və ya məqalənin düzgünlüyü barədə sübut təqdim etmək müəllifin öhdəliyinə düşür.

Müəlliflik hüququ

Müəlliflərin müəlliflik hüququ qorunur və elmi işin ilk nəşri üçün Jurnala hüquq verirlər, eyni zamanda Creative Commons Attribution Lisenziyasına əsasən, digərlərinə isə əsərin müəllifini və təqdim olunan Jurnalda ilk nəşrini göstərməklə işi tanıtmağa imkan verir.

JURNALIN SONUNCU SAYI